Messinin PSJ-də debütü necə alındı? - VİDEO

30 Avqust 2021 01:38 Fransa 1 288
Messinin PSJ-də debütü necə alındı? - VİDEO

PSJ-nin yeni transferi Lionel Messi klubunda debüt edib.

Sportinfo.az xəbər verir ki, o, ilk oyununa Fransa çempionatının 4-cü turunda "Reyms"lə matçda çıxıb.

Argentinalı hücumçu 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olub.

Qeyd edək ki, sözügedən görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolun müəllifi Kilian Mbappe (16 və 63-cü dəqiqələr) olub. Bu qələbə ilə xalını 12-yə yüksəldən klub ilk pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti