Çempionat oyununda kütləvi dava-dalaş - FOTOLAR

24 Avqust 2021 00:14 Fransa 686
Çempionat oyununda kütləvi dava-dalaş - FOTOLAR

Fransa çempionatının 3-cü turunda ötən gecə keçirilən "Nitsa" - "Marsel" matçı yarımçıq qalıb.

Sportinfo.az xəbər verir ki, oyun zamanı azarkeşlər kütləvi şəkildə meydançaya daxil olublar.

Hər şey matçın sonlarına yaxın "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılmasından sonra başlayıb.

Payet butulkanı tribunaya geri atıb. Bundan qəzəblənən yerli azarkeşlər meydançaya giriblər. Nəticədə oyunçularla azarkeşlər arasında kütləvi dava baş verib.

Davada "Marsel"in baş məşqçisi Xorxe Sampaoli də iştirak edib. Görüşün baş hakimi oyunu yarımçıq dayandırıb. Daha sonra isə qonaqların futbolçuları oyunu davam etdirmək istəməyiblər.

Buna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilə bilər. Ollay baş verərkən "Nitsa" 1:0 hesabı ilə öndə olub.

Digər Xəbərlər
Xəbər Lenti