"Burak bizimlə qalacaq, ayrılacağını düşünmürəm"

20 Avqust 2021 00:28 Fransa 875
"Burak bizimlə qalacaq, ayrılacağını düşünmürəm"

Türkiyə millisinin lideri Burak Yılmaz klubu "Lill"dən ayrılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Joselayn Qurvennes danışıb.

Burak Yılmazın "Lill"ə müqaviləsi növbəti ilin yayına qədərdir. O, 36 yaşlı hücumçunu komandada saxlamaq istədiklərini bildirib:

"Burakın komandadan ayrılacağını düşünmürəm. Onunla davamlı ünsiyyət qururam. Burak bu komandanın bir parçası olduğu üçün xoşbəxtdir.

O, daha da yüksəlməyimiz üçün çalışır. Burakla dünən axşam vəziyyəti və planlarımızı dəyərləndirdik. O, layihəmizi bəyəndiyini bildirdi. Burak bizimlə qalacaq".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?