Messi bu qədər qazanacaq – PSJ ilə müqavilənin incəlikləri

12 Avqust 2021 15:20 Fransa 925
Messi bu qədər qazanacaq – PSJ ilə müqavilənin incəlikləri

Lionel Messinin PSJ ilə imzaladığı müqavilənin detalları məlum olub .

Sportinfo.az argentinalı hücumçu 2 il ərzində Fransa klubunda 120 milyon avrodan çox qazanacaq.

PSJ Lionelə 40 milyon avro, illik maaş olaraq isə 41 milyon avro ödəyəcək.

Bundan başqa, əlavə mükafatlar müqavilədə göstərilib.

Məsələn, 34 yaşll oyunçu PSJ ilə Çempionlar Liqasını və ya "Qızıl top"u qazansa, mükafat alacaq.

Beləliklə, Messi Neymarı (illik 36.5 milyon avro) və Kilian Mbappeni (illik 25 milyon avro) qabaqlayaraq, Paris təmsilçisinin ən çox qazanan oyunçusu olacaq.

Tərəflər müqavilənin bir il müddətinə uzadılması variantından istifadə edərsə, forvard PSJ-də ümumilikdə 163 milyon avro qazana bilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"