PSJ Messinin transferini bu cür açıqladı – VİDEO TƏQDİMAT

10 Avqust 2021 19:00 Fransa 1 183
PSJ Messinin transferini bu cür açıqladı – VİDEO TƏQDİMAT

PSJ "Barselona"dan ayrılan Lionel Messinin transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi bu barədə tvitterdə video paylaşıb.

33 yaşlı hücumçu artıq Fransanın paytaxtındadır.

Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb.

Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib.

Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Digər Xəbərlər
Xəbər Lenti