Görək, həyat yoldaşı nə deyəcək - FOTO

9 Avqust 2021 15:40 Fransa 815
Görək, həyat yoldaşı nə deyəcək - FOTO

PSJ-nin futbolçusu Mauro İkardi yenidən A seriyasına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, İkardi ilə “Roma”nın maraqlandığı bildirilir.

Məlumata görə, İkardinin transferi “Roma üçün əsas prioritet halına gəlib.

Paytaxt klubunun əsas hücumçusu Edin Dzekonun “İnter”ə keçəcəyi gözlənilir. Bu amili nəzərə alan rəhbərlik İkardini transfer etmək niyyətindədir.

Bildirilir ki, futbolçu özü də bu varianta isti münasibət göstərir.

Amma İkardinin transfer məsələsində əsas söz sahibi həyat yoldaşı olduğundan, özünün mövqeyi böyük əhəmiyyət kəsb etmir. Görək həyat yoldaşı nə deyəcək.

Digər Xəbərlər
Xəbər Lenti