PSJ “Barsa”nın “Messi planı”nı ifşa etdi

7 Avqust 2021 01:24 Fransa 1 304
PSJ “Barsa”nın “Messi planı”nı ifşa etdi

PSJ Lionel Messinin “Barselona”nı tərk etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Paris nəhəngi bunun “Barsa”nın düşünülmüş planı olduğunu iddia edir.

Bu barədə məlumatı “Get French Football News” yayıb. Onların qənaətinə görə, kataloniyalılar bununla La Liqaya təzyiq göstərmək niyyətindədirlər.

PSJ hesab edir ki, Messi ilə müqavilə bağlamaq üçün “Barsa” rəhbərliyi cəld və aqressiv hərəkət etməlidir.

“Barselona” avqustun 5-də Messinin komandanı tərk etdiyini bildirib. Bunu La Liqanın nizamnaməsindəki maliyyə və struktur maneələri ilə əlaqələndirib.

Digər Xəbərlər
Xəbər Lenti