Mbappenin “Real”a transfer olunacağı vaxtı açıqladı

19 İyul 2021 12:00 Fransa 803
Mbappenin “Real”a transfer olunacağı vaxtı açıqladı

PSJ-nin ulduzu Kilian Mpabbe gələn ay Madrid “Real”ına transfer oluna bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Real”ın futbolçusu Kərim Benzemanın yaxın dostu olan Muhammed Henni özünün “youtube” kanalında paylaşıb.

Henni Mbappenin “Real”la anlaşdığını açıqlayıb. Onun xəbər qaynağının isə məhz dostu Kərim Benzema olduğu güman edilir. Henni ona məlumat verən mənbənin çox etibarlı olduğunu bildirib.

Henni, PSJ ilə müqaviləsi növbəti mövsümün sonunda bitəcək Mbappenin Paris klubuna pul qazandırmadan ayrılmaması üçün avqust ayında “Real”la rəsmi sözləşmə imzalayacağını da sözlərinə əlavə edib.

PSJ-nin prezidenti Nasser Əl Xələfi keçən ay verdiyi açıqlamada, 22 yaşlı hücumçunun heç vaxt Paris təmsilçisindən ayrılmayacağını demişdi.

Digər Xəbərlər
Xəbər Lenti