PSJ-dən 70 milyon avroluq Əşrəf transferi - FOTO

11 İyul 2021 01:24 Fransa 1 215
PSJ-dən 70 milyon avroluq Əşrəf transferi - FOTO

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinffo.az xəbər verir ki, Paris təmsilçisi “İnter”in müdafiəçisi Əşrəf Hakimini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mərakeşli oyunçu yeni komandasında “2” nömrəli formanı geyinəcək.

PSJ-nin bu transferə görə 70 milyon avrosundan keçdiyi bildirilir.

Əşrəf Hakimi 2020-ci ilin yayından “İnter”in formasını geyinirdi. Madrid “Real”ının yetirməsi olan Mərakeş yığmasının üzvü, 2018-2020-ci illər aralığında da Dortmund “Borussiya”sında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA