Serxio Ramos “Siti”yə də, “Arsenal”a da “yox” deyib

9 İyul 2021 15:40 Fransa 636
Serxio Ramos “Siti”yə də, “Arsenal”a da “yox” deyib

PSJ ilə müqavilə bağlayan Serxio Ramosa İngiltərə klubları da maraq göstərirmiş.

Sportinfo.az xəbər verir ki, Ramos 2 klubdan konkret təklif də alıb.

Onu “Mançester Siti” və “Arsenal” heyətində görmək istəyirmiş.

Ancaq o, bu təkliflərdən imtina edib. Ramos “Siti” ilə müqavilə bağlasaymış, 2 il Mançesterdə çıxış etdikdən sonra “Nyu-York Siti”yə qoşula bilərmiş.

Amma o, PSJ-də oynamaq üçün bütün təkliflərə “yox” deyib. Ramos Paris klubu ilə 2023-cü ilin yayına qədər müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti