Ramosun PSJ-də ilk sözü: “Bu günü ömrüm boyu unutmayacam”

8 İyul 2021 15:20 Fransa 837
Ramosun PSJ-də ilk sözü: “Bu günü ömrüm boyu unutmayacam”

Nəhayət ki, PSJ Serxio Ramosun transferini rəsmən bəyan edib.

Paris klubu ispan müdafiəçinin keçidini açıqlasa da, qısa müddətdən sonra rəsmi saytdan bu məlumat silindi.

Bir neçə saatdan sonra isə yenidən rəsmi açıqlama verildi.

Sportinfo.az xəbər verir ki, artıq Ramosun də keçidlə bağlı fikirləri yayılıb:

“PSJ-yə qoşulduğum üçün xoşbəxtəm. Bu böyük layihənin bir hissəsi olmaq qürurludur. Əminliklə deyirəm ki, bu günü ömrüm boyu unutmayacam.

PSJ-də böyük futbolçular var. Klub yüksək səviyyəsini göstərib. İnanıram ki, burda həm özüm inkişaf edəcəyəm, həm də komandaya titul qazanmaqda yardım göstərəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti