Bu keçid üçün 1 milyon avro təzminat ödəyəcəklər

6 İyul 2021 22:00 Fransa 588
Bu keçid üçün 1 milyon avro təzminat ödəyəcəklər

"Arsenal"ı ilə vidalaşan fransalı Matteo Genduzi ölkəsində "Marsel"ə keçib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Liqa 1 təmsilçisi bunun üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

"Marsel" mövsümün sonunda 10 milyon avro qarşılığında oyunçunu birdəfəlik transfer edə bilər.

Matteo Genduzi 2018-ci ildən "Arsenal"da çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti