Pol Poqba “Mançester Yunayted”i tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, futbolçunun vətənində oynamaq şansı yaranıb. Onunla PSJ ciddi maraqlanır.
Məlumata görə, PSJ rəsmiləri artıq Poqbanın agenti ilə danışıqlara başlayıblar. O da bildirilir ki, futbolu Fransa çempionatında oynamağa etiraz etmir.
Polun “Mançester Yunayted”lə müqaviləsi gələn ilin yayında başa çatır. O, müqaviləni uzatmaqda maraqlı görünmür. Bu səbəbdən, MY-nin də onu satmaq istəməsi istisna deyil.

