Yığmada MÜBAHİSƏ nə üstdə düşüb?

6 İyul 2021 01:24 Fransa 1 247
Yığmada MÜBAHİSƏ nə üstdə düşüb?

Avropa çempionatının 1/8 finalında İsveçrəyə məğlub olan Fransa yığmasının futbolçuları arasında münaqişə yaşandığı barədə məlumat yayılmışdı.

Sportinfo.az xəbər verir ki, artıq mətbuat bu münaqişənin detallarını da yayıb.

Məlumata görə, oyun zamanı Benjamen Pavar Rafael Varana yaxınlaşaraq narahatlığını bildirib.

O, Pol Poqbanın müdafiəyə qayıtmadığını deyib. Vafran da onun iradını Poqbaya çatdırıb. Bundan sonra Poqba ilə Pavar arasında kəskin mübahisə yaşanıb.

Fransa mətbuatı idda edir ki, məhz bu münaqişədən sonra Fransa yığmasında oyun intizamı pozulub və komanda məğlub olub.

Fransa İsveçrəyə penalti seriyasında məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM