PSJ Messiyə "Barselona"dan daha yüksək maaş vəd edir

4 İyul 2021 22:00 Fransa 915
PSJ Messiyə "Barselona"dan daha yüksək maaş vəd edir

PSJ "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messiyə sözləşmə təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Paris klubu 34 yaşlı hücumçuya müqavilə təklif etsə də, tələsmir.

Paytaxt təmsilçisi Messinin Argentina millisinin heyətində mübarizə apardığı Amerika kubokunun başa çatmasını gözləyəcək.

Həmçinin xəbərdə o da qeyd olunub ki, PSJ Messiyə "Barselona"dan daha yüksək bir maaş vəd edir.

Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadora qalib gələrək (3:0) yarımfinala adlayıb. Messi sözügedən görüşdə qol vurmağı da bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"