Yığmada ardıcıl 4 böyük turnirdə qol vurmağı bacaran ilk futbolçu

30 İyun 2021 14:30 Fransa 495
Yığmada ardıcıl 4 böyük turnirdə qol vurmağı bacaran ilk futbolçu

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan İsveçrə ilə oyun Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bu oyunda komandasının vurduğu qollardan birinin müəllifi də “Mançester Yunayted”in futbolçusu olub.

Nəticədə Poqba Fransa yığmasının tarixinə düşüb. Yarımmüdafiəçi bu komandanın heyətində ardıcıl dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçu ünvanına sahib çıxıb.

Poqba daha öncə DÇ-2014, AÇ-2016 və DÇ-2018-də də qol vurmağa nail olmuşdu.

Poqbanın vurduğu möhtəşəm qola və imza atdığı tarixi göstəriciyə baxmayaraq, Fransa millisi mübarizəni dayandırıb.

Əsas və əlavə vaxtı 3:3 hesabıyla bitən Fransa – İsveçrə matçında qalib penaltilər seriyasında müəyyənləşib. 4:5 hesabıyla uduzan fransızlar AÇ-2020-ni erkən tərk ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!