Mbappenin qaçırdığı penalti haqda nə dedi?

29 İyun 2021 20:50 Fransa 974
Mbappenin qaçırdığı penalti haqda nə dedi?

Fransa millisinin qapıçısı Üqo Lyoris komandasının AVRO-2020-nin 1/8 finalında İsveçrədən aldığı məğlubiyyəti şərh edib.

Sportinfo.az xəbər verir ki, "beIN Sports" qolkiperin söylədiklərini belə çatdırıb:

"Bütün gücümüzlə mübarizə apardıq. Penaltilər seriyası lotereyadır. Bəxtimiz gətirmədi.

İndi bu ağrının öhdəsindən gəlməliyik. Mbappenin qaçırdığı penalti? Yenilgiyə görə hamımız məsuliyyət daşıyırıq. Kimisə barmaqla göstərmək düzgün olmaz".

Fransa - İsveçrə oyununun əsas vaxtı 3:3 hesabıyla başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən oyunsonrası penaltilərə ehtiyac duyulub. İ

sveçrənin ilk 5 futbolçusu penaltini dəqiq yerinə yetirib. PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin topu tora qovuşdurmasına isə qapıçı mane olub.

Digər Xəbərlər
Xəbər Lenti