Kərim müraciət etdi: "Kədərləndim və məyus oldum"

29 İyun 2021 19:30 Fransa 445
Kərim müraciət etdi: "Kədərləndim və məyus oldum"

Fransa millisinin hücumçusu Kərim Benzema Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyundan (3:3, penaltilər seriyası - 4:5) sonra azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, o, "İnstaqram" səhifəsində yazıb:

"Dünənki oyunun nəticəsindən kədərləndim və məyus oldum. Məyusluq həddən artıq böyükdür, çünki sizi həyəcanlandırmağa davam etmək istəyirdik.

Buna baxmayaraq, çempionatın əvvəlindən göstərdiyiniz dəstəyə görə təşəkkür edirik. Hər gün bizə bəxş etdiyiniz gücə görə minnətdaram.

Bu, asan deyil, amma növbəti turnirlərə daha yaxşı hazırlaşmaq və daha da güclü qayıtmaq üçün mübarizəmizi davam etdirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!