Mbappe üzr istədi, “instaqram”da yazdı: “Yuxuya getmək çox çətin olacaq"

29 İyun 2021 12:30 Fransa 468
Mbappe üzr istədi, “instaqram”da yazdı: “Yuxuya getmək çox çətin olacaq"

Fransa yığmasının hücumçusu Kilian Mbappe İsveçrə ilə oyundan sonra azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, Mbappe penaltini dəqiq vura bilmədiyi üçün üzr istəyib. O, “instaqram”da belə yazıb:

“Səhifəni çevirmək çox çətindir. Çox məyusuq, biz hədəfə çata bilmədik.

Bu penaltiyə görə üzr istəyirəm. Komandaya kömək etmək istəyirdim, amma məndə heç nə alınmadı.

Yuxuya getmək çox çətin olacaq. Amma mən bu idman növünün enişlərini çox sevirəm. Bilirəm ki, siz fanatlar məyus olubsunuz.

İstəyirəm ki, göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edim. Siz həmişə bizə inandınız.

Əsas odur ki, yaxın hədəflər üçün daha güclü olmaq vacibdir. Təbriklər və uğurlar, İsveçrə”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!