Mbappe "lotoreya"nı qaçırdı, Fransa "yıxıldı"! - VİDEO

29 İyun 2021 02:02 Fransa 3 018
Mbappe "lotoreya"nı qaçırdı, Fransa "yıxıldı"! - VİDEO

Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün son matçında Fransa və İsveçrəı üz-üzə gəlib.

Buxarestdəki "Milli Arena"da baş tutan görüşün əsas hissəsi 3:3 hesabı ilə başa çatıb.

Buna görə də qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Lakin komandalar cəhdlərə baxmayaraq, əlavə vaxtda də hesabda irəli çıxa bilməyiblər.

Bu səbəbdən qarşılaşmada qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilib. Penaltilər seriyası İsveçrə yığmasının 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

İsveçrə yığması 1/4 finalda İspaniya yığması ilə üz-üzə gələcək. Matç iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq.

Daha əvvəl AVRO-2020-nin 1/4 final mərhələsinin daha iki cütü müəyyənləşib. İyulun 2-də Almaniyada Belçika və İtaliya, iyulun 3-də isə Bakıda Çexiya və Danimarka yığmaları qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu