Mbappe PSJ-də niyə qalmaq istəmir? - PROBLEMİN SƏBƏBİ

28 İyun 2021 22:00 Fransa 793
Mbappe PSJ-də niyə qalmaq istəmir? - PROBLEMİN SƏBƏBİ

Fransalı hücumçu Kilian Mbappe PSJ-dən ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” telekanalının jurnalisti Daniel Riolo “Marca” nəşrinə açıqlamasında deyib.

O, Mbappenin Paris klubunun rəhbərliyinə ayrılmaq istədiyi haqda məlumat verdiyini bildirib:

“Bilirəm, Mbappe rəhbərliyə klubdan ayrılmaq istədiyini bildirib. Lakin məsələ çətindir, çünki onun üçün yüksək məbləğdə pul ödəmək istəyən klub tapmaq asan deyil.

Həqiqətən, Mbappe PSJ-də qalmaq istəmir. Bu il olmasa da, gələn il müqaviləsi bitəndə klubdan ayrılacaq”.

Mbappenin adı “Real”la hallanır. 22 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti