Millinin daha 2 futbolçusu məşqdə zədələndi - FOTO

25 İyun 2021 20:30 Fransa 530
Millinin daha 2 futbolçusu məşqdə zədələndi - FOTO

Fransa milli komandasının daha iki futbolçusu sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmanın yarımmüdafiəçiləri Tomas Lemar və Markus Türam zədələnib.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər iki futbolçu komandanın məşqində zədələnib.

Türam və Lemarın son durumu tibbi müayinədən sonra bilinəcək.

Fransa millisində bundan əvvəl Luka Din və Lukas Hernandes zədələnmişdi.

Fransa yığması Avro-2020-nin 1/8 final mərhələsində iyunun 28-də İsveçrə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti