"Ronaldo futbol tarixinin ən böyük oyunçularından biridir"

23 İyun 2021 11:30 Fransa 1 161
"Ronaldo futbol tarixinin ən böyük oyunçularından biridir"

“Qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq.

Bu, turnirin yeni mərhələsinə qədər özümüzə olan inamı artırmağa imkan verəcək.

Portuqaliya ilə qarşılaşma asan bir sınaq deyil. Rəqib hələ pley-offa vəsiqəni təmin etməyib. Qrupda mümkün olan ən yüksək yeri tutmağa çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Fransa millsinin qapıçısı Huqo Loris Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə oyun öncəsi UEFA-nın saytına açıqlamasında deyib.

O, rəqib komandanın kapitanı Kriştiano Ronaldo haqda da danışıb: "Ronaldonu təqdim etməyə ehtiyac yoxdur. O, komandasının pley-off mərhələsinə vəsiqə qazanması üçün hər şeyi edəcək. Ronaldo futbol tarixinin ən böyük oyunçularından biridir".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?