Mbappe daha yüksək məbləğ təklif edəcək klub axtarır

23 İyun 2021 10:20 Fransa 995
Mbappe daha yüksək məbləğ təklif edəcək klub axtarır

PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişmək arzusundadır.

Sportinfo.az xəbər verir ki, Fransa millisinin üzvü bu qərarını artıq rəhbərliyə də çatdırıb.

Mbappe Paris təmsilçisinin ona az məvacib verdiyini düşünür və daha yüksək məbləğ təklif edəcək klub axtarır.

22 yaşlı forvard yeni sözləşməyə qol çəkməsə, gələn ilin yayında azad agent kimi PSJ-ni tərk edəcək. Rəhbərlik isə bunun qarşısını almaq üçün aparıcı oyunçusunun satılma variantını nəzərdən keçirir.

Qeyd edək ki, “Real”ın maraq dairəsində olan Kilian Mbappe ötən mövsüm 47 oyunda 42 qol vurub, 11 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?