Fransalı hücumçu üçün AVRO-2020 gec başladı, tez bitdi

22 İyun 2021 12:10 Fransa 1 026
Fransalı hücumçu üçün AVRO-2020 gec başladı, tez bitdi

Fransa millisinin futbolçusu Usman Dembele Avropa çempionatının qalan hissəsini buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna 24 yaşlı hücumçunun zədələnməsi səbəb olub.

Forvard F qrupunun ikinci turunda Macarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyunun 87-ci dəqiqəsində sıradan çıxıb. 57-ci dəqiqədə meydana girən oyunçu dizindəki problemə görə əvəzlənməli olub.

İspaniya "Barselona"sından yığmaya çağırılan hücumçunun mərpa müddətinin uzun çəkəcəyi müəyyənləşib.

AVRO-2020 iyulun 11-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti