Azərbaycan komandası hələ belə qəhrəman görməmişdi

16 Avqust 2024 01:40 Fransa 1 731
Azərbaycan komandası hələ belə qəhrəman görməmişdi

“Zirə”nin qapıçısı Tyaqo Silva komandasının əsl qəhrəmanına çevrilib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı portuqaliyalı komandasının bu gün “Osiyek”ə (Xorvatiya) qarşı keçirilən matçında parlaq oyun nümayiş etdirib.

Konfrans Liqasının 3-cü mərhələsində bu komandaların cavab görüşünün əsas vaxtı da heç-heçə (2:2, ilk oyun 1:1) yekunlaşıb. Əlavə vaxtda qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib.

Seriya “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və onlar tarixlərində ilk dəfə KL-in pley-off mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan klubunun qapıçısı rəqibin düz 4 penalti zərbəsini qaytarıb. “Osiyek”in qapıçısı Nikola Çavlina isə 3 penalti dəf edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!