“Bu adam heç-heçəni qələbəyə, məğlubiyyəti heç-heçəyə çevirə bilər"

15 İyun 2021 18:50 Fransa 820
“Bu adam heç-heçəni qələbəyə, məğlubiyyəti heç-heçəyə çevirə bilər"

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Avro-2020-nin qrup mərhələsinin ilk turunda Almaniya ilə oyun öncəsi ölkəsinin yığmasının futbolçusu Kilian Mbappe haqqında danışıb .

Sportinfo.az xəbər verir ki, o, goal.com-a açıqlamasında 22 yaşlı oyunçunu tərifləyib:

“Bu adam heç-heçəni qələbəyə, məğlubiyyəti heç-heçəyə çevirə bilər və bəzən az qala məğlub olduğu matçdan qələbə yarada bilər. Belə bir istedada sahibdir.

Yalnız bacarığı deyil, həm də topa nə qədər ağıllı sahib olduğu vacibdir. Mbappe oyun zamanı davamlı düşünür və bu, mənim xoşuma gəlir. Onun fransız olmasına çox şadam.

Ümid edirəm ki, heç bir zədə almayacaq və onun hələ də oyunundan zövq ala biləcəyikk. Mbappe xüsusi oyunçudur".

Bu gün keçiriləcək Fransa - Almaniya görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti