Kərimdən AVRO-2020 açıqlaması

13 İyun 2021 18:10 Fransa 1 008
Kərimdən AVRO-2020 açıqlaması

Fransa millisinin hücumçusu Kərim Benzema AVRO-2020-yə hazır olduğunu deyib.

Sportinfo.az xəbər verir ki, "Telefoot"a danışan 34 yaşlı futbolçu zədəsinin tam sağaldığını bildirib.

"Səhhətim yaxşıdır. Şənbə günü komandaya qoşuldum. Ağrı hiss etmirəm. Avropa çempionatını buraxacağımı düşünmürdüm.

Bolqarıstanla yoldaşlıq oyununda bu zədədən sonra meydanda qalmaq lazım deyildi, ona görə əvəzlənməyi istədim. Bizim millinin əla tibbi qərargahı var.

Nə lazımdırsa, etdilər. İndi özümü əla hiss edirəm. Turnirə 100 % hazıram", deyə Benzema qeyd edib.

F qrupunda yer alan son Avropa çempionu Fransa iyunun 15-də Almaniya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM