Gələn həftə tibbi müayinədən keçəcək - Transfer rəsmiləşir

13 İyun 2021 22:00 Fransa 842
Gələn həftə tibbi müayinədən keçəcək - Transfer rəsmiləşir

"Milan"dan ayrılan Canluici Donnarummanın PSJ-yə keçidi rəsmiləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb.

Bildirilib ki, italiyalı qolkiper gələn həftə Paris təmsilçisində tibbi müayinədən keçəcək. Bu, İtaliyanın iyunun 16-da Avro-2020-nin qrup mərhələsində İsveçrə ilə oynayacağı matçdan sonra baş verəcək. Donnarumma ilə 5 illik müqavilə imzalanacaq.

Donnarumma ötən mövsüm A seriyasında meydana çıxdığı 37 matçda 38 qol buraxıb, 14 oyunda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti