Türkiyəli ulduzlar Azərbaycan torpağında - FOTOLAR

13 İyun 2021 02:00 Fransa 787
Türkiyəli ulduzlar Azərbaycan torpağında - FOTOLAR

Türkiyə millisi Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi az əvvəl paytaxtımıza çatıb.

A qrupunda mübarizə aparan “ay-ulduzlular” Romada İtaliyaya 0:3 hesabı ilə uduzduqdan sonra Azərbaycana səfər edib.

Şenol Günəşin komandası təxminən 5 saatlıq uçuşdan sonra ölkəmizə çatıb. Qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaq qonşu ölkə təmsilçisinin futbolçu və məşqçi heyəti ilə yanaşı TFF rəsmiləri də Azərbaycana gəliblər.

Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

AVRO-2020: Türkiyə millisi Bakıya gəldi

Digər Xəbərlər
Xəbər Lenti