Kərim 6 ildən sonra milliyə qayıtdı, şansı qaçırdı - VİDEO

3 İyun 2021 18:20 Fransa 1 552
Kərim 6 ildən sonra milliyə qayıtdı, şansı qaçırdı - VİDEO

“Real”ın futbolçusu Kərim Benzema 6 ildən sonra Fransa millisində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, o, ötən gecə Uels ilə yoldaşlıq görüşündə iştirak edib.

Matç Fransanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Benzemanın oyunda qol vurmaq şansı olsa da, o, penaltini dəqiq yerinə yetirə bilməyib.

33 yaşlı hücumçu millidəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı. O, Avro-2020-yə görə yenidən milliyə çağırılıb.

Benzema yığmada ümumilikdə 81 matç keçirib və 27 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti