Ötənlərin məşhur hücumçusu yenidən millidə məşqçi oldu

31 May 2021 10:00 Fransa 1 992
Ötənlərin məşhur hücumçusu yenidən millidə məşqçi oldu

Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.

Əfsanəvi veteran futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. O, 2018-ci ildə "Monako" klubuna keçmiş, qısa müddət sonra istefaya göndərilmişdi.

Anri 2019-cu ildə Kanadanın “Monreal İmpakt” klubunu da qısa müddətdə çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM