"İnamımı itirmədim, təslim olmadım" - 6 illik ayrılığa reaksiya

30 May 2021 21:00 Fransa 1 070
"İnamımı itirmədim, təslim olmadım" - 6 illik ayrılığa reaksiya

“Real”ın futbolçusu Kərim Benzema uzun müddətdən sonra Fransa millisinə dəvət almasından danışıb.

Sportinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu milliyə qayıdışına hər zaman inandığını deyib:

“İnamımı itirmədim, təslim olmadım. Əks halda burada olmazdım. Vəziyyətdən son dərəcə məyus oldum, psixoloji cəhətdən mənim üçün çox çətin idi.

Yolumda çoxlu maneələr var idi. Ancaq bu, karyeramın bir hissəsidir. Həmişə mübarizə aparmalı idim. İndi mükafatlandırılmışam.

Peşmanlıq həmişə olacaq, amma demək istəyirəm ki, keçmiş onsuz da bitib, geri dönüş olmayacaq. Ən vacibi futbol meydanında etdiyim işdir. Tamamilə komandaya xeyir verə biləcəyim oyuna köklənmişəm”.

Benzema millidəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı və indiyə kimi milliyə çağırılmırdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı