Fransız xalqı kef edir!

30 May 2021 02:24 Fransa 1 079
Fransız xalqı kef edir!

Daha bir milli komanda AVRO-2020-nin heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Fransanın qitə birinciliyinə yollanacaq 26 oyunçusunun adı müəyyənləşib.

Hücumçu Kərim Benzema uzun fasilədən sonra yığmaya dəvət alıb.

Fransa F qrupunda Macarıstan, Portuqaliya və Almaniya ilə mübarizə aparacaq.

Qapıçı: Uqo Lyoris (“Tottenhem”), Stiv Mandanda (“Marsel”), Mayk Meyqnan (“Lill”);

Müdafiəçilər: Luka Din (“Everton”), Leo Dubois (“Lion”), Lukas Ernandes, Benjamin Pavar (hər ikisi “Bavariya”), Presnel Kimpembe (PSJ), Jül Kunde (“Sevilya”), Klemen Lanqle (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”);

Yarımmüdafiəçilər: Nqolo Kante (“Çelsi”), Tomas Lemar (“Atletiko”), Pol Poqba (“Mançester Yunayted”), Adrien Rabyo (“Yuventus”), Mussa Sissoko (“Tottenhem”), Sorentin Tolisso (“Bavariya”);

Hücumçular: Vissam Ben Yedder (“Monako”), Kərim Benzema (“Real”), Kinqsli Koman (“Bavariya”), Usman Dembele, Antuan Qrizmann (hər ikisi “Barselona”), Olivye Jiru (“Çelsi”), Kilian Mbappe (PSJ), Markus Türam (“Borussiya”, Mönhenqladbax).

Digər Xəbərlər
Xəbər Lenti