Fransa Kubokunun final matçında “Monako” və “Pari sen-Jermen” (PSJ) komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Sen-Deninin “Stad de Frans” stadionunda keçirilən matç Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
PSJ-nin heyətində Mauro İkardi (19-cu dəqiqə) və qarşılaşmanın sonunda Kilian Mbappe fərqlənib. Bununla da, PSJ Fransa Kubokunun qalibi olub.
Bu, Paris klubunun 14-cü mükafatıdır. PSJ 1981/82, 1982/83, 1992/93, 1994/95, 1997/98, 2003/04, 2005/06, 2009/10, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində də Fransa Kubokunun qalibi olub.

