Deşamdan Kərimlə bağlı yeni qərar

18 May 2021 18:20 Fransa 1 543
Deşamdan Kərimlə bağlı yeni qərar

"Real"ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Didye Deşam 33 yaşlı hücumçunu Avro-2020-nin oyunları üçün milliyə çağırmağı düşünür.

Bildirilib ki, bununla bağlı son qərar sabah Fransa Futbol Federasiyasının rəhbərliyi ilə görüşdən sonra veriləcək.

Benzema millidəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM