PSJ xal itirdi, "Lill" çempionluğa daha da yaxınlaşdı - VİDEO

10 May 2021 01:38 Fransa 1 418
PSJ xal itirdi, "Lill" çempionluğa daha da yaxınlaşdı - VİDEO

Fransa Liqa 1-in XXXVI tur matçında PSJ "Renn"in qonağı olub.

Sportinfo.az xəbər verir ki, görüş 1:1 yekunlaşıb.

İlk qolu 45+6-cı dəqiqədə penaltidən Paris komandasının hücumçusu Neymar vurub. Lakin 70-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Seru Girassi bərabərlik qolunu vurub.

Beləliklə, qalib gələ bilməyən PSJ 76 xalla 2-ci pillədə qərarlaşıb və sona 2 tur qalmış lider "Lill" komandasından 3 xal geri qalır. "Renn" isə 55 xalla 7-cidir.

Digər Xəbərlər
Xəbər Lenti