Burak Yılmaz Hafiz Məmmədovun keçmiş klubunu məyus etdi - VİDEO

8 May 2021 12:00 Fransa 812
Burak Yılmaz Hafiz Məmmədovun keçmiş klubunu məyus etdi - VİDEO

Fransa I Liqasında 36-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, lider "Lill" səfərdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun vaxtilə sahibi olduğu "Lans"a 3:0 hesabı ilə qalib gəlib.

"Çoban itləri" bu qələbədən sonra xallarının sayını 76-ya çatdırıb və ilk pillədəki mövqeyini möhkəmləndirib. PSJ 75 xalla 2-ci, "Monako" 71 xalla 3-cüdür.

56 xalı olan "Lans" 6-cıdır.

"Lans" - "Lill" 0:3

Qollar: Burak Yılmaz, 4 (pen.), 40, Conatan David, 60

Digər Xəbərlər
Xəbər Lenti