PSJ Neymarı "Barselona"ya satmaqdan imtina etdi

1 May 2021 16:40 Fransa 516
PSJ Neymarı "Barselona"ya satmaqdan imtina etdi

"Barselona"ı Neymarın transferi ilə bağlı PSJ-yə təklif göndərib.

Sportinfo.az xəbər verir ki, Paris klubunun qarşı tərəfə ilk cavabı mənfi olub.

Braziliyalı futbolçu Kataloniya təmsilçisinin yay pəncərəsində əsas transfer hədəfi hesab olunur. Lakin 29 yaşlı forvard keçmiş komandasına qayıtmaq ehtimalına şübhə ilə yanaşır. O, daha əvvəl PSJ ilə yeni müqavilə məsələsinin həll olunduğunu bildirib.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. O, cari mövsümdə Liqa 1-də meydana çıxdığı 14 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçunun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!