Ərəb milyarder Ronaldo ilə Messini öz klubunda görmək istəyir

30 Aprel 2021 12:00 Fransa 4 905
Ərəb milyarder Ronaldo ilə Messini öz klubunda görmək istəyir

PSJ-nin sahibi Nasser Əl Xəlafi yeni mövsüm üçün planı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri futbol dünyasının üç böyük ulduzu - Kriştiano Ronaldo, Lionel Messi və Neymarı eyni komandada oynatmaq istəyir.

İtaliya mətbuatı "Yuventus"un portuqaliyalı hücumçusunun yeni mövsüm "Mançester Yunayted" və ya PSJ-də oynaya biləcəyini yazıb. Paris təmsilçisinin "Barselona"nın kapitanı L.Messiyə təklif göndərdiyi xəbərləri də mətbuatda yer alıb.

Hücumçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyən PSJ fransalı oyunçunun satışından əldə olunacaq gəlirlə bu planını həyata keçirmək istəyir.

Bildirilib ki, klubun bu planını gerçəkləşdirməsində ən böyük maneə UEFA-nın maliyyə qaydalarıdır. Hazrda heç bir klub bu üç ulduz oyunçunun maaşını ödəyə biləcək maliyyə şərtlərinə sahib deyil.

Ancaq bu mövsüm başa çatdıqdan sonra transfer bazarında yaranacaq vəziyyətə uyğun olaraq Nasser Əl Xəlafi bu planını həyata keçirə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda