Müqaviləsi bitəcək futbolçularla maraqlanır - Siyahıda Messi də var

28 Fevral 2021 15:40 Fransa 742
Müqaviləsi bitəcək futbolçularla maraqlanır - Siyahıda Messi də var

PSJ "Barselona"nın kapitanı Lionel Messi və müdafiəçisi Xordi Albanı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçuları azad agent statusu ilə rənglərinə bağlamaq fikrindədir.

Klubun idman direktoru Leonardo mövsümün sonunda müqaviləsi bitəcək digər futbolçular - Corcino Veynaldum ("Liverpul"), Memfis Depay ("Lion"), David Alaba ("Bayern") və Elseid Hosayı ("Napoli") da diqqət mərkəzində saxlayır.

Digər Xəbərlər
Xəbər Lenti