"Agentim qışda danışıqlar apardı, ancaq mənim qərarım qalmaq oldu"

23 Fevral 2021 01:38 Fransa 659
"Agentim qışda danışıqlar apardı, ancaq mənim qərarım qalmaq oldu"

"Lion"un müdafiəçisi Marselo qış fasiləsində "Liverpul"dan təklif alıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı oyunçu bu təkliflə razılaşmadığını deyib:

"Agentim qış transfer pəncərəsində "Liverpul"la danışıqlar apardı. Ancaq mənim qərarım "Lion"da qalmaq oldu. Çünki komandamla Fransa çempionu olmaq istəyirəm.

Mövsümün sonunda müqavilə başa çatacaq. Ümid edirəm ki, tezliklə yeni müqavilə məsələsini həll edəcəyik. Özümü burada rahat hiss edirəm".

"Lion" braziliyalı müdafiəçini 2017-ci ildə "Beşiktaş"dan 7 milyon avroya transfer edib. Marselo bu mövsüm Liqa 1-də keçirdiyi 23 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda