Mbappe  ilə Navas formalarını Həbibə bağışladı - FOTO

17 Fevral 2021 15:20 Fransa 890
Mbappe  ilə Navas formalarını Həbibə bağışladı - FOTO

Çempionlar Liqasının 1/8 finalında “Barselona” öz meydanında PSJ-yə məğlub olub – 1:4.

Sportinfo.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe bu qarşılaşmada het-trik edib.

Oyunu izləyənlər arasında UFC çempionu Həbib Nurməhəmmədov da olub.

Nurməhəmmədov oyundan sonra PSJ-nin futbolçusu Mbappe ilə görüşüb. Kilian həmin oyunda geyindiyi formanı Həbibə hədiyyə edib.

Amma bu, Həbibə hədiyyə olunan yeganə forma olmayıb. O, PSJ-nin qapıçısı Keylor Navasla da şəkil çəkdirib və onun imzalı formasını alıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”