PSJ Messini transfer etmək üçün Mbappeni satmalıdır

15 Fevral 2021 18:20 Fransa 509
PSJ Messini transfer etmək üçün Mbappeni satmalıdır

PSJ "Barselona"da çıxış edən Lionel Messinin keçidini maliyyələşdirmək üçün ulduz futbolçularından birini satmalıdır.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi 34 yaşlı argentinalı oyunçunu almaqdan ötrü Kilian Mbappeni başqa nəhəng kluba göndərməlidir.

Fransalı forvardla İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubunun maraqlandığı bildirilib. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Onun aktivində 29 görüşdə 19 qol və 8 məhsuldar ötürmə var.

Digər Xəbərlər
Xəbər Lenti