Neymar "Barselona"ya qarşı oynaya bilməyəcək

12 Fevral 2021 12:00 Fransa 466
Neymar "Barselona"ya qarşı oynaya bilməyəcək

PSJ-nin hücumçusu Neymarın zədəsi ciddidir.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu təxminən 4 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, komandanın lideri Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə fevralın 16-da keçiriləcək səfər görüşünü buraxacaq

25 yaşlı futbolçu böyük ehtimalla Kataloniya klubu ilə martın 10-da keçiriləcək cavab matçında da iştirak etməyəcək.

Neymar Fransa kubokunun 1/32 finalında "Kan"la matçda ayaq əzələsindən zədə alıb.

Digər Xəbərlər
Xəbər Lenti