Mesut Özil: "Qismət olsa, bir gün Azərbaycana gedərəm" - VİDEO

27 Yanvar 2021 23:40 Fransa 1 038
Mesut Özil: "Qismət olsa, bir gün Azərbaycana gedərəm" - VİDEO

"Sadəcə, "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

Sportinffo.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm.

Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport" telekanalında efirə gedən "Türkiyədən futbol" verilişinin aparıcısı Elçin Cəfərovun ünvanladığı suala cavab olaraq Özil vurğulayıb.

Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...