Yeni baş məşqçi paytaxt klubunda nə qədər qazanacaq?

16 Yanvar 2021 01:24 Fransa 813
Yeni baş məşqçi paytaxt klubunda nə qədər qazanacaq?

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun Paris klubundakı məvacibi məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Argentinalı mütəxəssisin ilk mövsümündə 6,3 milyon avro qazanacağı bildirilib.

Poçettinonun məvacibi ildən-ilə artırılacaq. 48 yaşlı çalışdırıcının gələn il üçün maaşı 7,5 milyon avro, növbəti il isə 8,04 milyon avro nəzərdə tutulub.

PSJ Poçettino ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb. Komanda onun rəhbərliyi ilə artıq ilk kubokunu (Fransa superkuboku) qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA