Qarabağ şəhidləri 31 il sonra dəfn olundular... FOTOLAR

24 Avqust 2023 08:10 Fransa 700
Qarabağ şəhidləri 31 il sonra dəfn olundular... FOTOLAR

I Qarabağ müharibəsində itkin düşmüş Mikayılov Baba Balakişi oğlunun nəşinin qalıqları Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Şamaxı Rayon İcra Hamimiyyətinin başçısı Tahir Məmmədov, Müdafiə Nazirliyinin müvafiq bölmələrinin hərbi qulluqçuları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Bildirilib ki, Mikayılov Baba Balakişi oğlu 21 oktyabr 1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub, 27 yanvar 1992-ci ildə Şuşa rayonun Daşaltı kəndində gedən döyüşlərdə itkin düşüb.

Torpaqlarımız düşmən işğalından azad olunandan sonra Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqda qalıqlarının birinin Mikayılov Baba Balakişi oğluna aid olduğu müəyyən edilib.











Digər Xəbərlər
Xəbər Lenti