Yeni baş məşqçinin ilk transfer hədəfi məlum oldu – PSJ-də

5 Yanvar 2021 15:20 Fransa 714
Yeni baş məşqçinin ilk transfer hədəfi məlum oldu – PSJ-də

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun ilk transfer hədəfi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəsssis sabiq klubu “Tottenhem”in oyunçusu Dele Allini Paris təmsilisinə gətirməyi düşünür.

Klub rəhbərliyi bu ay 24 yaşlı yarımmüdafiəçini almaq niyyətindədir.

Dele Allinin özünün də az oyun şansı qazandığı üçün London klubunda xoşbəxt olmadığı bildirilir. İngiltrəli futbolçu bu mövsüm Premyer Liqada cəmi 4 oyuna çıxıb və ümumilikdə 78 dəqiqə meydanda olub.

2014-19-cu illərdə “Tottenhem”də işləyən Poçettino 2 gün əvvəl PSJ-yə baş məşqçi təyin olunub. Paytaxt klubunun əvvəlki çalışdırıcısı Tomas Tuhel isə komandanın uğursuz nəticələrinə görə istefaya göndərilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"