"O, bunu dəfələrlə edib, rəqib müdafiəsini qorxudur və komanda yoldaşlarına güvən verir"

29 Noyabr 2023 01:30 Fransa 1 117
"O, bunu dəfələrlə edib, rəqib müdafiəsini qorxudur və komanda yoldaşlarına güvən verir"

Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyu PSJ-nin hücumçusu Kilian Mbappe və “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldonu müqayisə edib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı veteran futbolçu, fransalı forvardın rəqib müdafiəçiləri qorxutduğunu bildirib:

“Mbappenin etdiyi hər şey fenomenaldır. O, futbol sahəsinə gətirdiyi fantastik gücə malikdir.

Mbappe bunu əvvəllər dəfələrlə edib. O, rəqib müdafiəsini qorxudur və komanda yoldaşlarına güvən verir.

Kriştiano Ronaldo kimi effektivliyə və mentalitetə ​​malikdir”.

Mbappe bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib və 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi